Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yağışlı havada pəncərələri təmiz saxlamağın

Bir çox evdə hər həftə sonu pəncərələr yuyulur. Çünki zamanla şüşələr yağışdan sonra toz, müxtəlif xırda zibil və ləkələrlə örtülür. Buna görə də pəncərələri vaxtaşırı təmizləmək lazımdır. Bəs, bunun qarşını necə almaq olar? 

Milli.Az lent.az-a istinadən bildirir ki, nişasta ilə bu çətinliyi aradan qaldırmaq mümkündür. 

Bunun üçün əvvəlcə nişasta götürülür və bir litr isti suya tökülür. Sonra onun həll olunması gözlənilir. Alınan məhlulu bir sprey şüşəsinə tökün, əlinizdə silkələyin və şüşələrə tətbiq etməyə başlayın.

Damcılar quruduqda, pəncərələr bir bez ilə silinməlidir. Bunu etmək üçün mikrofiber, kağız dəsmal və ya qəzetlərdən deyil, parçadan istifadə etmək daha yaxşıdır.

Sadə bir nişasta məhlulu şüşəni bir neçə həftə təmiz saxlamağa kömək edəcək.

Milli.Az