Nikol adlı amerikalı qadın "Apple Watch" smart saatının bir funksiyasından istifadə edərək təsadüfən oğlanın xəyanət etdiyini necə öyrəndiyi barədə TikTok-da hekayə paylaşıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, sevgilisinin cihazında o, münasibətdə olduğu digər qızların mesajlarını görüb:
"Bir il yarımlıq sevgilimin Apple Watch-dakı fövqəladə bildiriş onun xəyanətlərini öyrənməyə kömək etdi".
Video müəllifinin sözlərinə görə, sevgilisi başqa şəhərə getməli imiş və uçuşdan əvvəl dostları ilə görüşüb pivə içəcəyini bildirib. "O, bayıra çıxmazdan əvvəl özünü çox qəribə apardı, özünə odekolonla ətir vurdu ki, bu belə bir görüş üçün qeyri-adi idi" deyə qız bildirib. Daha sonra gəncin evdə qoyub getdiyi saata "Amber Alert" funksiyasından bildiriş gəlib və bu, qızın diqqətini sevgilisinin cihazına çəkib.
"Saatını götürdüm və bir mesaj gördüm: Artıq sənin üçün darıxıram. Bu, son iki həftə ərzində tam hüquqlu münasibətdə olduğu bir qız idi" deyə Nikol vurğulayıb.
O, sevgilisinin başqa qızlarla görüşdüyünü də öyrənib. "Əgər bu təcili xəbərdarlıq olmasaydı, yəqin ki, xəyanətdən xəbər tutmazdım və bu adamla evlənərdim" deyib.
Milli.Az