Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rahib qadını döyüb zorladı

Cənubi Koreyada bir buddist rahib onunla seksdən imtina edən qadını döyüb və sonunda həbsxanaya düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Çeonqcu əyalətindəki monastırlardan birinin 64 yaşlı rahibi məhkəmə qarşısına çıxarılıb. 2022-ci il fevralın 8-də o, 52 yaşlı qadının yanına gələrək yaxınlıq tələb edib. Qadın imtina etsə də, rahib onu döyərək təcavüz edib. Bir ay sonra o, zərərçəkmişi isti su butulkası ilə döyüb. Bundan sonra qadın, beş gün xəstəxanada qalıb.

Məhkəmədə rahib cinsi təcavüz və isti su şüşəsi ilə qadını döyməsi iddialarını rədd edib. Onun sözlərinə görə, qadını döyməyib, sadəcə olaraq cihazı yerə atıb.

Buna baxmayaraq, məhkəmə zərərçəkmişin tərəfini tutaraq, həmin şəxsi il yarım müddətinə azadlıqdan məhrum edib.

Milli.Az