Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya

Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz.

Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti bəyan edib.

Nazir Şotlandiyadan olan ermənipərəst deputat Lounun Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb:

“Böyük Britaniya Ermənistan və Azərbaycana danışıqları bərpa etmək üçün çağırış edib. Məhz danışıqlar sülh üçün möhkəm təməl olacaq”.