Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ÜST-dən dünyada yeni pandemiya barədə

ÜST-dən dünyada yeni pandemiya barədə

Koronavirus kimi yeni pandemiyalar mümkündür, ölkələr hazır olmalıdır.

Day.Az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge xəbərdarlıq edib.

O, əsas məsələnin yeni pandemiyanın yaranma yeri və vaxtının deyil, dövlətlərin buna hazır olmasında gördüyünü bildirib.

"İnanıram ki, biz indi (koronavirus pandemiyasından əvvəlki dövrdən) daha yaxşı hazırlaşmışıq", - deyə ÜST-nin Avropa üzrə regional direktoru izah edib.

Kluge bütün ölkələri sanitar-epidemioloji sahədə nəzarəti gücləndirməyə çağırıb.

"Peyvəndlərin, həmçinin müalicə təcrübəsinin mübadiləsi və paylaşılması çox vacibdir", - deyə o sözlərini yekunlaşdırıb.