Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Simonyan bunu başa düşə bilmir

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

İcmadan Publika.az-a daxil olan bəyanatda deyilir: "Tutduğu vəzifənin məsuliyyətini, dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də darmadağın etmişdir. A.Simonyan kimilərinin ikinci Qarabağ müharibəsi zamanı və ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.

Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər.