Kral ailəsini tərk edərək dünya gündəminə çevrilən Şahzadə Harri həyat yoldaşı Meqan Marklın aktyorluq karyerası zamanı rol aldığı səhnələrindən danışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci ildə həyat yoldaşı Meqan Markl ilə birlikdə kral ailəsindən ayrılaraq ABŞ-a köçən şahzadə Harri kitabında həyat yoldaşının aktyorluq illərində oynadığı erotik səhnələr haqqında susqunluğunu pozub. Harri təsvirləri başından çıxarmaq üçün elektrik şokuna ehtiyacı olduğunu söyləyib.
Harri Meqanla evliliyindən iki il əvvəl onu məşhur edən "Suits" serialı haqqında fikirlərini kitabında yazıb. O, sevgilisini Kanadada çəkiliş meydançasında ziyarət etmək və canlandırdığı personajı şəxsən izləmək istədiyini deyib.
" "Google"da axtarış edib bəzi filmlərə və internetdə sevişmə səhnələrinə baxmaqla səhv etdim. Aktyor dostu ilə seks səhnələri olub. O görüntüləri beynimdən çıxarmaq üçün elektrik şok terapiyası lazım idi. Belə şeyləri canlı görməyə ehtiyac yox idi", - Şahzadə yazıb.