Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rus aparıcı türk dövlət başçısını

Rusiya təbliğatçısı və radio aparıcısı Sergey Mardan Qasım-Jomart Tokayevi Almaniya kansleri Olaf Şoltsla Rusiya-Ukrayna müharibəsini müzakirə etməsinə və Qazaxıstanın sanksiyalar rejiminə əməl edəcəyi haqqında bəyanatına görə sərt tənqid edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə öz proqramında danışıb.

"Hansısa səbəbdən Qazaxıstan Prezidenti Tokayev Almaniyanın kansleri ilə Rusiya və Ukraynanı müzakirə edib. Niyə birdən-birə bizim strateji müttəfiqimiz strateji rəqibimiz - düşmənlərimizdən biri ilə bizim işlərimizi müzakirə etmək qərarına gəlib? Sən kimsən ki, bizim işlərimizi insanlarla müzakirə edirsən? Halbuki Şolts insan deyil, o - düşməndir.

Qazaxıstan Rusiyaya xarici siyasəti necə həyata keçirməyi öyrədir? Mənə elə gəlir ki, burda heç bir müttəfiq münasibətləri yoxdur", - o deyib.

Milli.Az