Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Naxçıvanda sahibkar buna görə həbs olundu

Naxçıvanda sahibkar tikintidə yol verdiyi nöqsanlara görə həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Əmir Əli oğlu Məmmədov Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.