Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məşhur repçilərin olduğu avtobus aşdı

Zonquldakın Ereğli rayonunda konsert verməyə gedən rep ifaçıları 26 yaşlı Vahap Canbay və Wolker ləqəbli 23 yaşlı Umut Bolatın mindiyi mikroavtobus qəzaya uğrayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada ümumilikdə 7 nəfər yaralanıb. Qəza xəbərini eşidən reperlərin pərəstişkarları xəstəxanaya axın edib. Qəza nəticəsində müğənnilər də daxil olmaqla 7 nəfər xəsarət alıb.

Mikroavtobusun sürücüsünün digər avtomobilə dəyməmək üçün manevr etdikləri iddia edilir. Ergün M. sükan arxasında idarəetməsini itirib və mikroavtobus sürüşərək işıq dirəyinə dəyib və aşıb. Hadisədən dərhal sonra əraziyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

"Yatmışdım. Hadisəni görmədim. Yuxudan oyananda asfaltda idim. Üstümdə oturacaq var idi. Gözlərimi açanda gördüm ki, xəstəxanadayam. Necə baş verdiyini bilmirəm. Sürücü də daxil olmaqla 6 nəfər idik. Zonquldağa gedirdik. Sınıqla xilas oldum. Sürücümüzdə də sınıqlar və kəsiklər var", - qəzadan sonra açıqlama verən qrupun solisti Umut Bolat qeyd edib.