Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Fransanın Ermənistanı dəstəkləmə SƏBƏBİ... - İkili standartın pərdəarxası -

Məlumdur ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər etdi və səfər çərçivəsində Fransa Ermənistanla hərbi əməkdaşlıq haqqında sənəd imzaladı. İndiki həssas dönəmdə Fransanın Ermənistana hərbi dəstək göstərməsinin arxasında hansı məqsədlərin dayandığı hər kəsə məlumdur. Fransa heç vaxt sülh tərəfdarı olmayıb və bu gün öz pozuculuq siyasətini davam etdirməkdədir. Fransa Ermənistana hərbi dəstək göstərməklə regionda sülh prosesinə zərbə vurur və yeni gərginlik yaratmaq məqsədi daşıyır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Fransa daim, ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə də Ermənistanı dəstəkləyib.

"Fransada erməni lobbisi böyük maliyyə imkanlarına malikdirlər və Fransada prezident seçkilərində onların vəsaitindən istifadə edirlər. Bir növ onlardan asılı vəzityyətdə olurlar. Ona görə də Fransa prezidentləri erməniləri dəstəkləyir", - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az