Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ermənistanda Rusiya hərbi bazalarının olmasına heç bir zərurət görmürük

Ermənistanda Rusiya hərbi bazalarının olmasına heç bir zərurət görmürük

Ermənistanda Rusiya hərbi bazalarının olmasına heç bir zərurət görmürük.

Day.Az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "Wall Street Journal"ə müsahibəsində deyib.

"Rəsmi İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi", - o qeyd edib.

Xatırladaq ki, baş nazir Paşinyan bir müddət əvvəl rus sülhməramlıları ölkəsinə buraxmayacağını bildirib.

Onun sözlərinə görə, Qarabağdakı rus sülhməramlıları bölgəni tərk edəcəksə, Rusiyaya qayıtmalıdır, Ermənistanda yerləşməli deyil.

Həmçinin, Paşinyan oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan imtina edib. O, Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında tədbirdə iştirak etməyəcəyini bildirib.

Bundan başqa, Fransa və Ermənistan arasında silah alqı-satqısı ilə bağlı sənədlər imzalanıb. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyan Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bağlı müqavilələr imzalayıblar.