Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Bizim ölümümüz barədə məlumatlar bir qədər şişirdilib"

Müxtəlif sosial şəbəkə statuslarında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "vaxtsız vəfatı" ilə bağlı başsağlığı tipli xəbərlər yer alır. İndilik onu deyə bilərik ki, yazıçı Mark Tven demişkən, "bizim ölümümüz barədə məlumatlar bir qədər şişirdilib".

Publika.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyası sosial mediada açıqlama yayıb. Qeyd olunub ki, kinostudiya fəaliyyətini davam etdirir.

"Gündəlik iş rejiminə əməl olunur. Beynəlxalq əlaqələr, festivallarda iştirak, qurumlararası əlaqələr, kino xidmətlərinin təşkili, kinonun təbliği, istehsal olunmuş filmlərin onlayn platformada taqdimatı və nəhayət film istehsalı prosesi (müəyyən mənada öz hesabımıza da olsa) davam edir.

Ümid edirik ki, sektorda brend yaratmağın və peşəkar fəaliyyətin nə qədər zəhmət və zaman tələb etdiyini bilən şəxslər anlayar ki, 100 illik peşəkar brendi öldürmək haqsızlıqdır. Mərdi qova-qova namərd edənlər olduğu kimi, kimisə "öldürə-öldürə" həqiqətən də öldürmək mümkündür. Hər kəsə can sağlığı və uzun ömür arzusu ilə...", - mediaya ünvanlanan məktubda bildirilib.