Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət başçıları 26-27 oktyabr tarixlərində Brüsseldə keçirilən sammitdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.
Day.Az xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişelin Şuraya üzv dövlətlərə ünvanladığı məktubda deyilir.
Şarl Mişel sammitdə, həmçinin, Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağını bildirib.
"Ukraynaya gəlincə, lazım olduğu müddətcə qətiyyətlə dəstəyimizi davam etdirəcəyik", - məktubda deyilir.
Şarl Mişel sammitdə iqtisadiyyat və rəqabət qabiliyyəti, uzunmüddətli tərəqqi üçün atılmalı addımlar və miqrasiya məsələlərini də müzakirə olunacağını qeyd edib.